AZ

Siyəzənneft Neft və Qazçıxarma İdarəsinin Həmkarlar İttifaqı rəsmi sənədi TƏKZİB EDİR

Siyəzənneft Neft və Qazçıxarma İdarəsinin Həmkarlar İttifaqı Komitəsinə inzibati protokol yazılıb. Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.İş Siyəzən Rayon Məhkəməsinin hakimi İlqar Cabbarovun icraatındadır."Siyəzənneft Neft və Qazçıxarma İdarəsinin Həmkarlar İttifaqı Komitəsi barəsində inzibati protokol tərtib edilməyib". Bu barədə Pravda.az-la əlaqə saxlayan Komitənin sədri Əkbər Qafarov bildirib."Məlumat yanlışdır. Biz hara, ekologiya ilə bağlı qanunvericiliyin pozulması hara... Düzəliş etməyinizi xahiş edirəm", - o bildirib.Amma fakt faktlığında qalır...

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
2
dia-az.info

3Mənbələr