Növbəti üç ildə Xankəndidə açılışı olan Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə məlumat verib.
Qeyd edək ki, Qarabağ Universitetində 1200-ə yaxın tələbə təhsil alacaq və sentyabrın 23-də yeni tədris ili başlayacaq.