AZ

"Biz unikal bir əməliyyatın həyata keçirilməsinə nail olmuş bir dövlət olduğumuzu sübut etdik" - deputat

"Bu gün Qarabağda quruculuq işləri həyata keçirilir. Qarabağda böyük infrastruktur layihələr reallaşdırılmaqdadır. Qarabağa artıq keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülürlər. Təbii ki, bu gözəl bir hadisəyə şahidlik etmək insanı qürurlandırır".Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Allahverənov danışıb.“30 ildən çox bir müddətdə nə zamansa Azərbaycanın 3 rəngli bayrağının və Qarabağda dalğalanacağına inamımızın olduğunu ifadə etmişiksə, bu gün Qarabağın bütün guşələrində Azərbaycanın 3 rəngli bayrağının dalğalanması bu inamın nə qədər güclü olduğundan xəbər verir. Eyni zamanda bu xalqın buna doğru necə inamla hərəkət etdiyini bir daha təsdiq etmiş bir tarixi dönəm oldu”-deyən deputat vurğulayıb ki, 23 saatlıq əməliyyat Azərbaycanın istər hərb tarixində, istər siyasi tarixində, istər ictimai həyatında çox mühüm bir hadisəyə çevrildi və bu gün hər bir vətəndaş böyük bir qürur hissi ilə həmin hadisələri xatırlayır. Çünki bizim hər birimiz həmin hadisələrin canlı şahidiyik.“Bu yolda şəhid olmuş bütün şəhidlərimizi dərin hörmətlə anırıq. Qazilərimizə can sağlığı arzulayırıq. Azərbaycan xalqını onu müzəffər Ali Baş Komandanı ətrafında daha da sıx olmağa çağırırıq”-deyən deputat bildirib ki, 2024-cü ilin fevral ayında keçirilmiş prezident seçkiləri bir daha bu müraciətin nə dərəcədə real həyatda öz təsdiqini tapdığını sübut edir. Çünki Azərbaycan xalqı öz həmrəyliyini və prezidentə olan etimadını məhz 2024-cü ildə fevral ayında keçirilmiş prezident seçkilərində bir daha ifadə etmiş oldu.Deputatın fikrincə, sentyabrın 1-i keçirilmiş seçkilər bir daha onu göstərdi.“Hər bir vətəndaş qürur hissi ilə məhz o hadisəni xatırlayır ki, sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkiləri Azərbaycanın bütün ərazilərində baş tutub. Necə ki, bu proses fevral ayında prezident seçkilərində də olmuşdu. Eynilə parlament seçkilərinin də keçirilməsi məhz Azərbaycanın bütün ərazilərində fəaliyyət göstərən seçki məntəqələri vasitəsilə baş vermişdir.Nəticə etibarilə müasir Azərbaycan Respublikasının tarixində ilk dəfə olaraq, istər prezident seçkiləri, istərsə də parlament seçkiləri məhz ərazisi bütöv olmuş, suverenliyi bərpa edilmiş ölkədə keçirildi.Bu da böyük şərəf və qürur hissinin yaşanmasına yol açan bir hadisədir”-deyən deputat hesab edir ki, 23 saatlıq lokal antiterror əməliyyatı konstitusiyanın müvafiq tələblərindən irəli gələrək və orada öz əksini tapmış müddəalara tam şəkildə reallaşdırılmasına xidmət edən bir hadisə olub.“Biz unikal bir əməliyyatın həyata keçirilməsinə nail olmuş bir dövlət olduğumuzu sübut etdik. Azərbaycan əməliyyatın miqyasına və orada müxtəlif təyinatlı silahların istifadə olunmasına baxmayaraq, bu əməliyyatın o bölgədəki mülki vətəndaşlara hər hansı bir zərər vurmadan həyata keçirə bildiyini göstərən bir dövlətdir. Bu, çox vacib bir məqamdır”-deyə deputat bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
dia-az.info

1Mənbələr