AZ

Terminallarla kredit ödənişlərində komissiya çıxılır? - AÇIQLAMA

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, bu aydan MilliÖn və E-manat terminalları ilə kredit ödənişlərinə 1% komissiya tətbiq edilir.

Avtosfer.az "Trend"ə istinadən xəbər verir ki, E-manat şirkətindən bildiriblər ki, şirkət müştəriyə 1% komissiya tətbiq etmir.

"Bu komissiyalar banklar tərəfindən tətbiq edilir. Komissiya standart olaraq 1% deyil, fərqli ola bilər. Bu məlumatlar terminalın interfeysində (terminalın birinci səhifəsində) yer alıb. Orada da bank komissiyasının məbləği göstərilir. E-manat müştərinin kredit ödənişinə birbaşa olaraq hər hansı komissiya tətbiq etmir", - şirkətdən bildiriblər.

MilliÖn-dən isə agentliyə bildirilib ki, şirkət müştəriyə komissiya tətbiq etmir.

"Komissiya banklar tərəfindən tətbiq edilir", - deyə şirkətdən məlumat verilib.

**

İctimai fəal Haldun Novruzzadə “MilliÖn”, “E-manat” aparatları ilə bağlı müzakirələrə səbəb olan paylaşım edib. Avtosfer.az Globalinfo.az-a istinadla xəbər verir ki, H.Novruzzadə kredit ödəyən zaman əlavə komissiya haqqı tutulduğunu bildirib.

“Deməli, “MilliÖn”, “E-manat” kimi aparatlar sentyabr ayından ödədiyiniz kreditlərdən 1 faiz xidmət haqqı tutur. Məsələn, 2000 manat kredit ödəyirsinizsə 20 manatını “MilliÖn” avtomatik çıxır. Bunu da qəbzdə göstərmir deyə sizin xəbəriniz olmur. Buna görə də əskik pul ödədiyiniz üçün adınız geçikməyə düşür”, - o qeyd edib.

“MilliÖn” Xidmət Mərkəzindən verilən məlumata görə, həmin komissiyanı banklar tutur:

“Hər bir komissiya bank tərəfindən təyin olunur. Ödəniş zamanı məbləği daxil etməmişdən öncə monitorun üzərində komissiyanın çıxılacağı barədə məlumat yazılır. Ola bilər ki, müştəri buna diqqət yetirmədən ödəniş edir. Ümumiyyətlə, “MilliÖn” tərəfindən komissiya tətbiq edilmir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
28
avtosfer.az

10Mənbələr