AZ

Qarabağda antiterror tədbirlərinin aparılması vacib və labüd idi

44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Şanlı Qələbədən sonra 10noyabr 2020-ci il tarixində üçtərəfli bəyanatın imzalanmasından sonra Qarabağ bölgəsindənisbi sabitlik yarandı, ölkəmiz 30 il düşmən işğalında olan torpaqlarımızda bərpa-quruculuqişlərinə başladı və bu ərazilərdən didərgin düşmüş soydaşlarımızın doğma yerdlarınaqayıdışlarına start verildi. Bu gün azad edilən ərazilərdə geniş quruculuq işləri həyata keçirilirvə bu işlər günü-gündən daha geniş vüsət alır.Təəssüflər olsun ki, üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağbölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin bir hissəsi hələ də qalmaqdadır vəonların mövcudluğu regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi idi.Öz mənfur əməllərindən əl çəkməyən Ermənilər Qarabağ ərazisində müxtəlifprovokasiyalara əl atır, mütəmadi olaraq Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplısilahlardan sistemli şəkildə atəşə tutur, ərazilərimizin minalanmasını davam etdirir, döyüşmövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayınınartırılmasına cəhdlər edirdilər. Son vaxtlarda bu qeyri-qanuni birləşmələr tərəfndənAzərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi,mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yollarınterror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər daha çoxalmışdı. Həmçinindüşmən tərəfindn döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digəratəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi,səfərbərlik üzrə əlavə bölmələrin yaradılması müşahidə olunurdu.Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinindavamı olaraq sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağbölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşaavtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsindəAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış vəmülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbiqulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımızhəlak olub və yaralanıb.Bütün bu genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrininbirləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturununzərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təminolunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədiləsentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.Antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt vədərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbitəyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə məhv edilir. Bununla yanaşı ordumuztərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflərsıradan çıxarılır.Döyüş əməliyyatlarının aparıldığı ərazidə ordumuz humanizm nümayiş etdirərək buərazilərdə yaşayan erməni əhalisinə dəfələrlə müraciət edərək onların təhlükəsizliyinin təminatıüçün əlavə tədbirlər həyata keçirir. Eyni zamanda Azərbaycan reinteqrasiya məsələlərinimüzakirə etmək üçün bir neçə dəfə ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərinnümayəndələrini dialoqa dəvət etsə də onlar hər dəfə bundan imtina ediblər. Ölkəmiz Qarabağbölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunubəyan edib. Bildirilib ki, antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlıdəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünüburaxmalıdır. Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcəkdir.Ona görə də ermənilər hazırki vəziyyəti düzgün dərk etməli, Azərbaycan tərəfinintələblərini qəbul etməlidirlər. Əks halda antiterror tədbirləri davam etdiriləcək və silahlımüqavimətə cəhd edən düşmən qəhrəman Azərbatcan əsgəri tərəfindən məhv ediləcəkdir.Mirqiyam Məmmədov,YAP Sabirabad rayon təşkilatının əməkdaşı

Seçilən
11
7
kanal24.az

8Mənbələr