AZ

Azərbaycanda gənclər tərəfindən törədilən cinayətlərin sayı məlum olub

Bakı. Trend:

2023-cü ildə 25006 nəfər cinayət törətmiş şəxs aşkar olunub,onların da 6869 nəfəri və ya 27,5 faizi 14-29 yaşda olangənclərdir.

Trend-inməlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin“Azərbaycan gəncləri" məcmuəsində öz əksini tapıb.

Qeyd olunub ki, cinayət törətmiş 14-29 yaşda olan gənclərin 46,6faizi ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 27,7 faiziiqtisadi sahədə, 22,3 faizi şəxsiyyət əleyhinə, 3,4 faizi isəcinayəti digər sahələrdə törədiblər.

Son illər gənc nəsli milli adət-ənənələrimizə, mənəviyyatımıza,əxlaqımıza zidd olan əməllərdən çəkiləşdirmək, bütün bəşəriyyətinarahat edən zərərli vərdişlərdən qorumaq, cinayətkarlıq hallarınınqarşısını almaq məqsədilə görülmüş tədbirlər, asudə vaxtlarınısəmərəli keçirmək üçün istifadəyə verilmiş olimpiya idmankompleksləri, yeni açılmış iş yerləri öz töhfəsini verib.

2022-ci ilə nisbətən 2023-cü ildə gənclər tərəfindən törədilənümumi cinayətlərin sayından quldurluq 29,6 faiz, soyğunçuluq 24,0faiz, oğurluq 16,4 faiz, narkotik vasitələrin və psixotropmaddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər 6,2 faiz,xuliqanlıq isə 1,1 faiz azalma ilə müşahidə olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
az.trend.az

1Mənbələr