AZ

"Microsoft"la ABŞ ordusudan böyük tərəfdaşlıq

Microsoft bir müddətdir ki, ABŞ ordusu üçün artırılmış reallıq eynəkləri hazırlayır. ABŞ Müdafiə Nazirliyi ilə razılaşmalara əlavə olaraq, indi bir müdafiə sənayesi şirkəti ilə də razılığa gəlib. Müvafiq olaraq, xüsusi proqram təminatı Microsoft-un HoloLens eynəklərinə inteqrasiya olunacaq.

News24.az xəbər verir ki, müdafiə şirkəti Anduril Industries, ABŞ ordusu üçün İnteqrasiya edilmiş Vizual Artırma Sistemini (IVAS) hazırlamaq üçün Microsoft ilə əməkdaşlıq etdiyini açıqlayıb. Bu əməkdaşlıq orduda “döyüş sahəsində məlumatlılığı” təmin etmək məqsədi daşıyır.

IVAS proqramının əsası HoloLens əsaslı cihaz vasitəsilə əsgərlərə artırılmış reallıq imkanları təklif etməkdir. Microsoft tərəfindən idarə olunan proqram əsgərlərə təlim və əməliyyat məşqi kimi müxtəlif vəzifələrdə dəstək olmaq və döyüş zamanı real vaxt məlumatlılığı təmin etmək məqsədi daşıyır.

Tərəfdaşlıq çərçivəsində Anduril qabaqcıl sensor proqram təminatını IVAS ekosisteminə inteqrasiya edəcək. Şirkətin proqram təminatı çoxsaylı sensorlar və sistemlərdən gələn məlumatları birləşdirərək real vaxt rejimində təhlükələrin təhlilini yarada bilər.

Bu inteqrasiya sayəsində HoloLens eynəkləri avtonom şəkildə təhlükələri aşkar etmək və əsgərləri təhlükələr barədə xəbərdar etmək qabiliyyətinə malik olacaq. Bundan əlavə, proqram döyüş meydanında kritik məlumatların problemsiz mübadiləsini asanlaşdıracaq.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
35
news24.az

10Mənbələr