AZ

“Azərenerji”nin də tenderi ləğv edildi

İqtisadiyyat Nazirliyi yanında Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Xidməti “Azərenerji” ATSC-nin daha bir tenderini ləğv edib. Tribunainfo.az xəbər verir ki, Balababa Rzayevin rəhbəri olduğu qurumun tenderinin ləğvinə səbəb isə “Dövlət satınalmaları haqqında” qanunun 36.1.2-ci maddəsinin pozulması olub.
Belə ki, Dövlət Xidməti “Azərenerji”nin tenderində iştirak edən bütün təchizatçıların uyğunluq göstəriciləri ŞT-da qoyulan meyarların tələblərini ödəmədiyi üçün müsabiqəni ləğv edib.
Qeyd edək ki, sözügedən dövlət qurumu müxtəlif növ boya və boya məhsullarının satınalınmasını nəzərdə tutubmuş. Bunun üçün 748.177,62 manat xərcləməyi də planlaşdırırmış.
Xatırladaq ki, son bir ayda AİİBNX “Azərenerji”nin 5-ə yaxın tenderinin nəticələrini ləğv edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
tribunainfo.az

1Mənbələr