AZ

“İnnovasiyalar Mərkəzi”nin direktoruna müşavir təyin edilib - DOSYE

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”ndə yeni təyinat olub.Banker.az-ın məlumatına görə, Ləman Əhmədova “İnnovasiyalar Mərkəzi”nin direktoruna müşavir təyin edilib.Ləman Əhmədova “ABAD” publik hüquqi şəxsində 2022-ci ilin martından 2024-cü ilin avqust ayına kimi Dekorativ tətbiqi xalq sənətkarlığı departamentinin müdiri, 2020-ci ilin avqustundan 2022-ci ilin martına kimi isə Marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin müdiri kimi çalışıb.Ləman Əhmədova 4 iyun 1994-cü il tarixində Sumqayıt şəhərində anadan olub. O, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “University of Oxford”-un “Dövlət siyasəti” ixtisası üzrə magistr təqaüdü qazanıb. M.Füzuli adına 15 nömrəli tam orta məktəbdə 11 illik təhsilini başa vurduqdan sonra 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Politologiya” ixtisasına qəbul olub. Daha sonra 2016-2018-ci illərdə DİA-da “Dünya siyasi prosesləri” ixtisası üzrə magistr dərəcəsi alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
1
dia-az.info

2Mənbələr