AZ

Bakıda tələbəni xəncərlə vuran tutuldu - kütləvi davadan YENİ XƏBƏR

Bakıda tələbələr arasında baş verən davaya görə bir nəfər tutulub.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 17-də axşam saatlarında paytaxtın Xətai rayonunda 2005-ci təvəllüdlü Elmir Nəsirova kəsici alətlə xəsarətlər yetirməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Tofiq Əzizov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.***17 sentyabr, saat 22:20Bakının Xətai rayonunda kütləvi dava düşüb, ağır xəsarət alan var.Lent.az xəbər verir ki, hadisə Məhsəti küçəsi 5 a ünvanında qeydə alınıb.5 saylı Peşə Liseyinin 4-cü kurs tələbəsi 19 yaşlı Nəsirov Elmir Ramil oğlu təhsil ocağının tələbəsi ilə mübahisə edib.Mübahisə zamanı tələbə E. Nəsirova xəncər vasitəsilə 5 dəfə zərbə endirib.Yaralı ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.Hazırda Xətai Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışına başlayıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
dia-az.info

1Mənbələr