"Demək, "Kontakt Home" mağazasından məhsul almışam. Məhsul işləmədiyi üçün resetə vermişəm. Reset deyir məhsulu təmir etmək üçün ləvazimatlar yoxdur. Düzgün qulluq edilmədiyinə görə qüsur müştəridədir. Reallıq budur məhsulu 1 dəfə istifadə etmişəm. İşləməyib resetə vermişəm. İndi bunların dediyindən belə bir şey çıxır ortaya..." Dia-az.İnfo xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Fərid Hüseyn adlı istifadəçi giley edir. Narazı vətəndaş daha sonra yazır: "Məhsulun təmiri üçün ləvazimatlar olmadığı üçün müştərinin üzərinə atır.Ya da xarab məhsulu satırlar üzərilərindən atmaq üçün belə bəhanə edirlər.Ayıbdı... ələ salmayın... işinizi düzgün edin, "Kontakt Home"..."
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta