AZ

ARDNF-dən büdcəyə transfertlər gəlirlərin 34,9%-ni təşkil edəcək

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində Dövlət Neft Fondundan (ARDNF) transfertin məbləği 12 milyard 781 milyon manat nəzərdə tutulub.

Fins.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə eynidir.

ARDNF-dən planlaşdırılan transfert proqnozlaşdırılan büdcə gəlirlərinin 34,9 %-i qədərdir. Bu isə 2 faiz bəndi azdır.

Fuad Mədətov
Fins.az

Seçilən
72
1
fins.az

6Mənbələr