AZ

Mərkəzi Bank 4 şirkətə ödəniş sistemləri ilə bağlı lisenziya verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “K Group” MMC-yə elektron pul təşkilatı, “M.A.X Sistemləri Plyus” və “Cibpay” MMC-lərə ödəniş təşkilatı, “Azərikard” MMC-yə isə elektron pul təşkilatı və ödəniş sistemi operatoru fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib.Bu barədə FED.az AMB-yə istinadən xəbər verir.Məlumata görə, lisenziya "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib."Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir", - deyə AMB bəyan edib.AMB bundan əvvəl “A-Solutions", "United Payment", "Modenis", "PashaPay", “Mobile Payment Solutions”, "Paysis” və "PulPal" MMC-lərə, "GoldenPay" ASC-yə və “Mpay” QSC-yə elektron pul təşkilatı, “Token Azərbaycan”, “Global Innovations”, “Drakaris” və “Multi Solutions” MMC-lərə isə ödəniş təşkilatı kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalar verib. Beləliklə, bu sahədə lisenziyası olan təşkilatların sayı 17-yə çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
30
dia-az.info

10Mənbələr