Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanı bərabərhüquqlu tərəfdaş hesab etməkdə davam edir və bütün məsələlər üzrə dialoqa hazırdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov "Müttəfiqlər. KTMT" ictimai-siyasi nəşrinə müsahibəsində deyib.
O qeyd edib ki, Ermənistan nümayəndələri KTMT-nin Rusiya, Qazaxıstan və Qırğızıstanda keçirilən bir sıra birgə təlimlərində iştirak etməyiblər: “Bununla belə, KTMT rəhbərliyi hələ də Ermənistana təşkilat formatında bərabərhüquqlu tərəfdaş kimi baxır”.
“Biz İrəvandan olan həmkarlarımızla aktual məsələlərin bütün spektri üzrə dialoqa hazırıq”, - Baş katib bildirib.