AZ

Şadlıq saraylarında qiymətlər artıb

Bakı. Trend:

2024-cü ilin avqust ayında şadlıq saraylarında sifarişlərin sayı67.2 faiz azalıb.

Bu barədə Trend-əİqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Qeyd edilib ki, sifarişlərin azalması Məhərrəmlik ayı ilə bağlıolaraq toy və şənliklərin sayının kəskin azalması ilə bağlıolub.

Bununla belə, şadlıq saraylarında avqust ayında qiymətlər 3.9faiz artıb. Xüsusən 40 manatadək olan menyularda qiyməti daha çoxartıb: 5.6 faiz. Qiyməti 40-80 manat olan menyuların qiyməti 3.4faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətindədə 2.7 faiz artım qeydə alınıb.

Qeyd edək ki, 2024-cü ilin avqust ayında istehlak qiymətləriindeksi 2023-cü ilin avqust ayına nisbətən 103,5 faiz, o cümlədən,qida məhsulları, içkilər və tütün məmulatları üzrə 103 faiz,qeyri-qida məhsulları üzrə 101,8 faiz, əhaliyə göstərilmiş ödənişlixidmətlər üzrə 105,6 faiz təşkil edib. 2024-cü ilin avqust ayındaistehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz,yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən101,3 faiz olub.

Seçilən
8
5
az.trend.az

6Mənbələr