AZ

Azərbaycanda qızıl istehsalı artıb, gümüş istehsalı azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda cari ilin yanvar-avqust aylarında mədənçıxarma sənayesində istehsal olunmuş qiymətli metal filizlərinin 1 476,4 kiloqramı qızılın, 2 061,9 kiloqramı isə gümüşün payına düşüb.  

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, qızıl istehsalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7,3% artıb, gümüş istehsalı isə 24,1% azalıb. 

Sentyabrın 1-nə olan vəziyyətə əsasən, ölkədə 278 kiloqram hazır qızıl, 593,9 kiloqram hazır gümüş ehtiyatı var.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
banco.az

1Mənbələr