FMO Bank Respublika əməkdaşları üçün yaşıl maliyyə mövzusunda iki günlük seminar keçirdi
Bank Respublika "Yaşıl Dünya üçün Həmrəylik İli”
çərçivəsində növbəti tədbirini keçirdi
Ölkənin aparıcı
banklarından biri olan Bank Respublika, "Yaşıl Dünya üçün Həmrəylik İli” çərçivəsində
silsilə tədbirləri davam etdirir.
Belə ki, Niderland İnkişaf Bankı (FMO) ilə əməkdaşlıq
çərçivəsində təşkilatın
ekspertləri tərəfindən "Bank
Respublika”nın əməkdaşları üçün yaşıl maliyyə mövzusunda iki günlük seminar
keçirilib.
Seminar zamanı FMO-nun ekspertləri yaşıl maliyyə layihələrinin
həyata keçirilməsi üzrə təcrübələrini bölüşüb, bank sferasında bu sahənin
inkişaf perspektivlərini müzakirə ediblər. İştirakçılar yaşıl layihələrin dəstəklənməsi
üçün müasir alətlər və mexanizmlər, eləcə də onların Azərbaycanın maliyyə
sektorunun inkişafındakı rolunu nəzərdən keçiriblər.
Yaşıl maliyyə bu gün sosial və ekoloji landştafı
yaxşılaşdıran təşəbbüsləri dəstəkləməyə yönəlmiş bir sıra tədbirləri və alətləri
əhatə edir. Bu konsepsiyaya əsasən banklar və maliyyə institutları davamlı
inkişafın təşviqində əsas rol oynayır.
Seminar gələcəkdə "Bank Respublika”nın fəaliyyətində
eləcə də bütövlükdə Azərbaycanın maliyyə bazarında ekoloji cəhətdən məsuliyyətli
həllərin tətbiqinə yönəlmiş bilik və təcrübə mübadiləsində mühüm addım
olmuşdur.
Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində
və ya Bankın Çağrı Mərkəzinə 144
nömrəsinə zəng edərək əldə edə bilərsiniz.