AZ

Prezidentin görüşündə o incə detal

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzairin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zəkiyyə İğılın etimadnaməsini qəbul edib.
ARANTV.AZ  xəbər verir ki, rəsmi görüşün görüntülərində maraqlı məqam ortaya çıxıb.
Belə ki, həm dövlət başçısının, həm də səfirin masasında Kəlbəcər rayonunda istehsal olunan “İstisu” mineral suyu da yer alıb. Rəsmi qəbullarda bu brendin yer alması Vətən müharibəsində qazanılan qələbəni tərənnüm edən rəmzlərdən biri kimi qiymətləndirilir.
Qeyd edək ki, bu ilin sentyabrın 2-də Kəlbəcər rayonunda “İstisu” mineral su zavodunun açılışı olub. Zavod Kəlbəcərin müstəsna keyfiyyəti və sağlamlığa faydaları ilə tanınan termal su yatağından çıxan eyniadlı suyunu 30 illik müddətdən sonra yenidən istehlakçılara təqdim edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
10
arantv.az

10Mənbələr