AZ

Separatizmə son!

Bildiyimiz kimi, separatizm-istənilən formada dövlətin və cəmiyyətin fundamental əsaslarını sarsıtmaqla, ölkənin milli təhlükəsizliyinə ciddi təhlükə mənbəyi ola bilən fəaliyyətdir. Erməni separatizmi isə nəinki, bizim dövlətə, bütün bəşəriyyətə qarşı böyük təhlükədir.
Tarix sübut edir ki, XIX əsrdən başlayaraq ermənilər Qafqazda və Türkiyə ərazisində işğalçılıq niyyətlərini həyata keçirmək və tarixi torpaqlarımız hesabına  “Böyük Ermənistan” xülyasına düşmüş, XX əsr boyu Azərbaycan və türk xalqlarına qarşı dəhşətli soyqırımı törətmişlər.
Ermənistanın cinayətkar siyasəti davamlı xarakter daşıyıb. Onlar XX əsrdə soydaşlarımıza qarşı 4 dəfə : 1905-1907, 1918-1920, 1948-1953 və nəhayət, 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmə törədiblər. Dünya ictimaiyyətinin gözü qarşısında baş verməsinə baxmayaraq, Ermənistanın yürütdüyü etnik təmizləmə soyqırımı siyasətinə beynəlxalq aləmdə ciddi təpki verilməyib. Beynəlxalq aləmdəki havadarlarının dəstəyi ilə 1990-cı illərin əvvəllərindən başlayaraq davam edən təcavüz nəticəsində torpaqlarımızın 20 faizindən çoxunu 30 ildən artıq müddətdə işğalda saxlayan erməni hərbi birləşmələri yeni tərtibat hazırlasalar da, 2020-ci ildə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti, qətiyyəti nəticəsində Silahlı Qüvvələrimiz 44 günlük Zəfər yürüşü ilə torpaqlarımızı azad etdi. Lokal xarakterli antiterror əməliyyatlar keçirildi və nəticədə separatizmə son qoyularaq ölkəmizin suverenliyi tam bərpa olundu.
Lakin ermənilər çox məkrli, olduqca ziyakar və mənfurdur. Biz hər zaman sayıq olmalıyıq. Amerika Birləşmiş Ştatlarının anti-Azərbaycan isterikası, separatizmə dəstəyi səngimək bilmir. Birtərəfli qaydada məğlub Ermənistanı dəstəkləyir, silahlandırır, revanşizmə sürükləyir. Erməni lobbisinin ciddi təsiri altında olan və əksər hallarda Azərbaycana qarşı qərəzli qərarlar qəbul edən ABŞ konqresində keçirilən müzakirələrdə yenə də, qərəzli fikirlər söylənilir və iddialar irəli sürülür. Bütün bunlara baxmayaraq, möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, ərazilərimizdə separatizmə son qoyulması beynəlxalq hüququn və ədalətin təntənəsidir.
Azərbaycan xalqı humanist, daim sülh tərəfdarı olduğu üçün regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edərək 3+3 əməkdaşlıq formatını irəli sürüb. Hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranmışdır.
Ermənilər separatizmə son qoymalı, özlərini yığışdırmalıdır. Əks təqdirdə “Dəmir yumruq” hər an işə düşə bilər.
Fəridə İsmayılova,
165 nömrəli tam orta məktəbin Rus dili və ədəbiyyatı müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
1
arantv.az

2Mənbələr