AZ

Ordumuzun gücü, xalqımızın milli birliyi

Azərbaycan Respublikasının siyasi-iqtisadi inkişaf kontekstində ordu quruculuğunun təkmilləşdirilməsi də hər zaman prioritet vəzifələrdən biri olub. Son illərdə Azərbaycanın iqtisadi qüdrətinin artması, maliyyə imkanlarının genişlənməsi ordu quruculuğu ilə bağlı qarşıya qoyulan hədəfləri reallaşdırmağa imkan verib. Azərbaycanın dövlət büdcəsində ən böyük xərclər məhz ordu quruculuğu üçün nəzərdə tutulub.
Son 10 ildə ölkəmizin dövlət büdcəsində ordu üçün nəzərdə tutulan xərclər 20 dəfədən çox artıb. Azərbaycan ordusunun arsenalında ən müasir silahlar – PUA-lar, tanklar, artilleriya qurğuları, döyüş təyyarələri və digər texnikalar yer alıb. Ordu quruculuğu prosesi, təbii ki, təkcə maddi-texniki təminatla məhdudlaşmır. Döyüş qabiliyyəti, əsgər-zabit heyətinin mənəvi-psixoloji durumu və peşəkarlığı mühüm amillərdəndir. Uzun illər ərzində Azərbaycan ordusunda döyüş qabiliyyətinin artırılması istiqamətində işlər aparılmış, şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi daim diqqət mərkəzində olmuşdur. Hazırda Azərbaycan Ordusu dünyanın  güclü orduları sırasındadır.
Antiterror əməliyyatının səbəb və nəticələri
Sentyabrın 19-u günün birinci yarısına kimi Qarabağda 11 azərbaycanlı həlak olub, onlardan altısı Xocavənddə eyni istiqamətdə mina partlaması nəticəsində, beşi yol qəzasında həyatını itirib. Rəsmi Bakı mina partlayışını “terror aktı” adlandırıb və bəyan edib ki, hər iki hadisə “qanunsuz erməni silahlı birləşmələrinin əraziyə mina yerləşdirməsi” nəticəsində baş verib və bunda Ermənistanın “Qarabağdakı hərbi birləşmələrini” ittiham edib. Bir neçə ay idi ki, Qarabağda vəziyyət gərgin idi və Azərbaycanın belə bir əməliyyata başlayacağı gözlənilirdi. Qarabağda əməliyyat başlayandan sonra rəsmi Yerevan Bakını “etnik təmizləmədə” ittiham edib. Azərbaycan isə deyib ki, Qarabağda mülki əhali və mülki infrastruktur hədəfə alınmır, yalnız “legitim hərbi obyektlər” zərərsizləşdirilir. Bu döyüşlərdə Şuşa Dövlət Qoruğu İdarəsinin mühəndisi qəlpə yarasından həlak olub, Ağdamda bir mülki şəxs yaralanıb. Qarabağdakı separatçı qurum əməliyyatlar zamanı azı 32 adamın həlak olduğunu, arasında mülki şəxslərin də olduğu 200 adamın yaralandığını bildirib. Azərbaycan sentyabrın 19-dakı mina partlayışlarını “terror aktı” kimi qiymətləndirib və keçirilən “lokal xarakterli antiterror tədbirləri”nin “erməni hərbi birləşmələrinin zərərsizləşdirilməsi və bölgədən çıxarılması, Azərbaycanın Konstitusiya quruluşunu “bərpa edilməsi” məqsədi daşıdığını bəyan edib.
Azərbaycan Müdafiə Nazirliyi “Qarabağda lokal xarakterli antiteror əməliyyatlarına başladığını” açıqlayıb. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları Azərbaycan Ordusunun gücü qarşısında təslim olmağa və ağ bayraq qaldırmağa məcbur oldular. Qısa müddət ərzində Azərbaycan ordusu əməliyyatları uğurla həyata keçirərək separatçıların əsas mövqelərini və hərbi postlarını zərərsizləşdirdi. Bu vəziyyət Qarabağın erməni icmasının nümayəndələrini Rusiya sülhməramlıları vasitəsilə Azərbaycanla tam atəşkəsə dair razılıq əldə etməyə məcbur etdi. Razılaşmaya əsasən, 2023-cü il sentyabrın 20-də saat 13:00-da antiterror tədbirləri dayandırıldı. Razılaşma şərtlərinə görə, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri silahları yerə qoymalı, döyüş mövqelərindən çıxmalı və tam şəkildə tərk-silah edilməli idi. Bu proses Azərbaycanın hərbi nəzarəti altında baş verdi və bölgədə separatizmin sonu qoyuldu.
Beləliklə, 24 saatdan az bir müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş Ermənistan ordusu tam şəkildə tərk-silah edilərək bölgəni tərk etdi. Qarabağdakı qeyri-qanuni xunta rejimi ləğv olundu, separatçı qüvvələrin əsas rəhbərləri Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən həbs edildi və Azərbaycan ərazi bütövlüyünü və dövlət suverenliyini tam şəkildə bərpa etdi.
2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində Azərbaycan Vətən müharibəsində əldə edilən zəfərin üçüncü ildönümünə həsr olunan təntənəli hərbi parad keçirildi. Bu parad Azərbaycanın qələbəsini və suverenliyinin bərpasını simvolizə edən böyük bir tarixi hadisə olaraq qeyd olundu. Parad həm Azərbaycan Ordusunun gücünü, həm də xalqın milli birliyini və dövlətin ərazi bütövlüyü uğrunda apardığı mübarizənin əzəmətini nümayiş etdirdi.
Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları Azərbaycan Ordusunun gücü qarşısında təslim olmağa və ağ bayraq qaldırmağa məcbur oldular. Qısa müddət ərzində Azərbaycan ordusu əməliyyatları uğurla həyata keçirərək separatçıların əsas mövqelərini və hərbi postlarını zərərsizləşdirdi. Bu vəziyyət Qarabağın erməni icmasının nümayəndələrini Rusiya sülhməramlıları vasitəsilə Azərbaycanla tam atəşkəsə dair razılıq əldə etməyə məcbur etdi. Razılaşmaya əsasən, 2023-cü il sentyabrın 20-də saat 13:00-da antiterror tədbirləri dayandırıldı.
Beləliklə, 24 saatdan az bir müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş Ermənistan ordusu tam şəkildə tərk-silah edilərək bölgəni tərk etdi. Qarabağdakı qeyri-qanuni xunta rejimi ləğv olundu, separatçı qüvvələrin əsas rəhbərləri Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən həbs edildi və Azərbaycan ərazi bütövlüyünü və dövlət suverenliyini tam şəkildə bərpa etdi.
Bu hərbi və diplomatik zəfərin nəticəsi olaraq, Azərbaycanın üçrəngli bayrağı Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəran şəhərlərində yüksəldildi. Bu ərazilər üzərində Azərbaycanın tam nəzarəti bərpa olundu və ərazi bütövlüyümüz təmin edildi. Azərbaycan hökuməti Qarabağın erməni əhalisinin reinteqrasiyası üçün zəruri tədbirləri həyata keçirməyə başladı, onlara Azərbaycanın tərkibində təhlükəsizlik və hüquq normalarına əsaslanan həyat şəraiti təklif edildi.
Noyabrın 8-də isə Xankəndi şəhərində Azərbaycan Vətən müharibəsində əldə edilən zəfərin üçüncü ildönümünə həsr olunan təntənəli hərbi parad keçirildi. Bu parad Azərbaycanın qələbəsini və suverenliyinin bərpasını simvolizə edən böyük bir tarixi hadisə olaraq qeyd olundu. Parad həm Azərbaycan Ordusunun gücünü, həm də xalqın milli birliyini və dövlətin ərazi bütövlüyü uğrunda apardığı mübarizənin əzəmətini nümayiş etdirdi.
Bəhriyyə Rüstəmova,
Xətai rayonu 221 nömrəli tam orta məktəbin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
1
arantv.az

2Mənbələr