AZ

Əmlak idarəsinin rəhbər şəxslərinə qarşı şok ittihamlar - FOTO

Torpaq sahələrinin qanunsuz olaraq ələ keçirildiyini iddia edən Göyçay və Ucar sakinlərindən ölkə rəhbərliyinə müraciətGöyçay və Ucar rayon sakinləri tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Hümbətov Asif Atəş oğlu (Ucar rayonu Küçəkənd kəndi), Umarov Şəmsəddin İslam oğlu (Göyçay rayonu Çaxırlı kənd sakini), Əliyev Rasim Kamil oğlu (Göyçay rayonu Yeniarx kəndi), Məmmədov Fizuli Əli oğlu (Ucar rayonu Qazyan kəndi), Nuriyev Paşa Bəşir oğlu (Ucar rayonu Qaradağlı kəndi) iddid edir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin rəisi Fikrət Nuşiyev və onun müavini Aqşin Həmidov əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edir, korrupsiya əməlləri ilə məşğul olurlar:“Nəticədə də vətəndaşlara ziyanlar dəyir, qanuni mülkiyyətlərində olan torpaqları qanunsuz olaraq saxtakarlıq yolu ilə başqa şəxslərin mülkiyyətinə verilir, çoxlu sayda vətəndaşın torpaq sahələri azaldılıb və yoxa çıxarılıb. Bütün bunlar isə rüşvət müqbilində baş verib. Bəhanə kimi isə yeni elektron kadastr planında olunan dəyişiklik göstərilir. Bu isə tam yalan və əvvəlcədən düşünülmüş məkirli plandır.Fikrət NuşiyevDövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin rəisi Fikrət Nuşiyev və onun müavini Aqşin Həmidovun bu cinayət əməlləri barədə vətəndaşlar baş idarəyə şikayətlər etsələr də, araşdırıb tədbir görən yoxdur. Bu da onu deməyə əsas verir ki, quldurluq, cinayət yolu ilə əldə olunan puldan baş idarəyə ötürülür, bu səbəbdən də onlar barədə tədbir görən yoxdur, əksinə onların cinayət əməllərinə “yaşıl işıq” yandırılıb”.Şikayətçilər xatırladır ki, Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi Ucar, Göyçay, Zərdab və Kürdəmir rayonlarını əhatə edir. “Bu idarənin keçmiş rəisi Qərib Həsənov bir neçə ay əvvəl 5 saylı Xaçmaz Ərazi İdarəsinə, oranın rəisi Fikrət Nuşiyev isə 16 saylı Ucar ərazi idarəsinə rəis vəzifəsinə rotasiya ediliblər (yerdəyişmə). Sövdələşmə isə belə olub ki, sən mənim, mən də sənin qanunsuz əməllərinin üstünü ört-basdır edəcəm. Ancaq Aqşin Həmidov 16 saylı Ucar Ərazi İdarəsində uzun illərdir ki, vəzifədə işləyir. Onların əməlləri araşdırlarsa, törətdikləri cinayət əməlləri tam subut olunacaq”, - deyə şikayətçilər yazırlar.Məktubda da o da əlavə olunur ki, Fikrət Nuşiyevlə Aqşin Həmidovun cinayət əməllərindən bezar olan insanlar çox hiddətlidirlər: “Göyçay rayonu Yeniarx kənd sakinləri Süleymanov Əli Bəxtiyar oğlu və Soltanov Yaqub Maarif oğluna Göyçay Aqrar İslahat Komissiyasının 06 yanvar 1998-ci il tarixli qərarı ilə Göyçay rayonunun Yeniarx kəndində verilmiş fərdi yaşayış evi həyətyanı torpaq sahələrini Fikrət Nuşiyev və Aqşin Həmidov başqa şəxslərin mülkiyyətinə veriblər.Ucar rayonu Yuxarı Şilyan kənd sakini Novruzov Şöhrət Atakişi oğluna məxsus torpaq sahəsnin müəyyən hissəsi rüşvət alınaraq, başqa şəxin mülkiyyətinə verilib.Ucar rayonu Gəraybəyli kənd sakini Bünyətov Mübariz Faiq oğluna və atası Bünyətov Faiq Lətif oğluna məxsus torpaq sahələrinin müəyyən hissəsi rüşvət alınaraq, başqa şəxsə verilib.Göyçay rayonu Cəyirli kənd sakini Feyzullayev Rahim Zülfi oğlunun torpaq sahəsinin müəyyən hissəsi rüşvət alınaraq, başqa şəxsin mülkiyyətinə verilib.Göyçay rayonu Hacıalıkənd kənd sakini Şıxəliyev Şövqi Muxtar oğlunun topraq sahəsinə 2 km aralıda yerləşən başqa şəxsə məxsus torpağı rüşvət alıb, sürüşdürüb qanunsuz sənəd veriblər.Belə cinayət faktları yüzlərlədir ki, bunu Fikrət Nuşiyevlə Aqşin Həmidov əlbir olub vətəndaşlara qarşı ediblər. Fikrət Nuşiyev və Aqşin Həmidovun qanunsuz fəaliyyətləri yerində obyektiv araşdırılıb, barələrində ciddi tədbirlər görülməlidir.Onu da qeyd edək ki, Aqşin Həmidov bu cinayətin çox hissəsini əvvəlki rəis Qərib Həsənovla əlbir olub etmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, hazırda Qərib Həsənov 5 saylı Xaçmaz Ərazi İdarəsində, oranın rəisi Fikrət Nuşiyev isə 16 saylı Ucar Ərazi İdarəsində rəis vəzifəsində işləyir. Onların yerini dəyişiblər. Elə bu rotasiya özü də qanunsuzluqdur. Çnüki onlar biri-birilərinin qanunsuz əməllərinin üstünü ört-basdır edirlər.Biz mətbuat vasitəsi ilə Prezident İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban Əliyevadan, Baş prokuror Kamran Əliyevdən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovdan, İqtisadiyyat naziri Mikayıl Cabbarovdan, Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevdən və Reyestr Xidmətinin rəisi Nigar xanım Alimovadan xahiş edirik ki, müraciətimizi yerində, obyektiv araşdırıb, vəzifələrindən sui-istifadə edərək cinayət əməlləri ilə məşğul olan 16 saylı Ucar Ərazi İdarəsinin rəisi Fikrət Nuşiyevin, onun müavini Aqşin Həmidovun və 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəisi Qərib Həsənovun barələrində ciddi tədbirlər görəsiniz”.Hazırladı: Jalə FAMİLQIZIHurriyyet.azRedaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
 

Facebook-da paylaş

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
2
dunyapress.info

9Mənbələr