AZ

YENI TƏLƏB! İşəgötürən hansı sənədləri işçidən tələb edə bilməz?

Satışına START verilən "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" kitabından seçməSon dəyişikliyədək Əmək Məcəlləsinin 48-ci maddəsinin altıncı hissəsinə əsasən, əmək münasibətlərinə girən işçidən bu Məcəllədə nəzərdə tutulmamış, habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi qadağan idi. Yeni dəyişikliyə əsasən, “aidiyyəti dövlət informasiya sistemlərindən və ehtiyatlarından əldə edilməsi mümkün olan” sözləri Əmək Məcəlləsinin 48-ci maddəsinin altıncı hissəsinə əlavə edilib.Beləlklə, Əmək Məcəlləsinin 48-ci maddəsinin altıncı hissəsinə əsasən, əmək münasibətlərinə girən işçidən aidiyyəti dövlət informasiya sistemlərindən və ehtiyatlarından əldə edilməsi mümkün olan, bu Məcəllədə nəzərdə tutulmamış, habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi qadağandır.Hazırda ƏMAS altsistemi 10-dan çox qurumla məlumat mübadiləsi həyata keçirir. Məsələn, Dövlət İmtahan Mərkəzindən işçinin təhsili haqqında məlumat, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən əlillik haqqında məlumat, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsdən (TƏBİB) isə sağlamlıq haqqında arayışın elektron mübadiləsi həyata keçirilir. Göründüyü kimi, müvafiq sənədlərin dövlət informasiya sistemlərindən və ehtiyatlarından əldə edilməsi mümkün olduğu halda, həmin sənədələri işə qəbul olunan şəxsdən tələb edilməsi qanunvericiliyə ziddir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
mks.az

1Mənbələr