Bakı. Trend:
Bakıda bir sıra küçə və prospektlərdə sıxlıq müşahidəolunur.
Trend-inməlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatıİntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda aşağıdakı yollar sıxlıqla üzləşir:
1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyasıistiqamətində;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospektiistiqamətində;
5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəzistiqamətində;
6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi iləkəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində.