AZ

Kimmix “daşı ətəyindən töküb”

“Bayern”in yarımmüdafiəçisi Coşua Kimmix klubu ilə müqaviləsini uzatmağa hazırdır.Komanda.az xəbər verir ki, bu barədə “Sky Sport” nəşri məlumat yayıb. Almaniyalı futbolçu artıq rəhbərliklə dialoqa açıqdır.Kimmixin “Bayern”lə hazırkı müqaviləsi bu mövsümün sonunda başa çatacaq. Yayda “Mançester Siti”, PSJ və “Barselona” kimi klublar onun xidmətində maraqlı olsalar da, 29 yaşlı futbolçu ən azı hazırkı müqaviləsi bitənə qədər Münhen klubunda qalmağa qərar verib.Kimmix əvvəllər bəzi fikir ayrılıqlarına görə “Bayern”lə yeni müqavilə ilə bağlı razılığa gələ bilmirdi. Amma o, artıq müqavilə müddətinin uzadılmasına açıqdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
komanda.az

1Mənbələr