AZ

“Kuzugiller” Animasiya Filmi Azərbaycanda Vizyona Girdi: Uşaqların Yeni Sevimlisi!

Türkiyə istehsalı olan “Kuzugiller” animasiya filmi artıq Azərbaycanda vizyona girib və qısa zamanda uşaqların böyük marağına səbəb olub. Film, uşaqların xəyal dünyasına cəsarət və dostluq mesajları gətirərək, həm kiçiklərin, həm də ailələrin sevimli animasiya seçimlərindən birinə çevrilib. Azərbaycan tamaşaçıları arasında böyük rəğbət qazanan bu animasiya filmi, əyləncəli süjet xətti və unudulmaz personajları ilə hər yaşdan izləyicini ekran qarşısına toplayır.

Filmin hekayəsi maraqla izlənir: Minnak adında gənc bir qoyun, uçmaq arzusundadır, lakin yaşadığı dünyada yalnız quşların təyyarə pilotu olub səmada uçmasına icazə verilir. Atası da daxil olmaqla hər kəs bu arzusuna qarşı olsa da, Minnak və dostları sevimli qəhrəmanları Super Bayquşun yolunu izləyərək uçuş məktəbinə daxil olur və həyatlarını həmişəlik dəyişdirəcək bir yarışa qatılırlar. Bu yolda onları çətinliklər gözləyir, amma dostluq və əzm sayəsində hamısının arzularına çatacağına olan inamları möhkəmdir.

Böyük Galileo Film şirkətinin Azərbaycanda yayım hüquqlarını əlində saxladığı “Kuzugiller”, artıq Qazaxıstanda da nümayiş etdirilir və 27 sentyabrda Türkiyədə vizyona girəcək. Filmin ölkəmizdə gördüyü bu böyük maraq, onun həm də beynəlxalq səviyyədə uğurlu bir animasiya əsəri olduğunu sübut edir.

Valideynlər və uşaqlar üçün həm əyləncəli, həm də düşündürücü bir təcrübə olan “Kuzugiller”, ailəvi film axtarışında olanların mütləq izləməli olduğu bir layihədir.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
dogru.az

1Mənbələr