AZ

Lukaşenko ekstremist cinayətlərdə təqsirli bilinən 37 nəfəri əfv edib

Belarus prezidenti Aleksandr Lukaşenko ekstremist cinayətlərdə təqsirli bilinən 37 nəfəri əfv edib.

Doğru.az xəbər verir ki, bu barədə BELTA agentliyi Lukaşenkonun mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Əfv olunanlar arasında xroniki xəstəlikləri olan, əlil və təqaüdçü olan altı qadın var”, – deyə məlumatda qeyd olunur.

Vurğulanır ki, əfv olunanların hamısı tövbə edib və azadlıqda qanuna riayət edən həyat tərzi sürmək imkanı verilməsini xahiş ediblər.

Sentyabrın 4-də Lukaşenko fərmanla etiraz aksiyaları ilə bağlı cinayətlərə görə məhkum olunmuş 30 nəfəri əfv edib.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
dogru.az

1Mənbələr