Suriya müxalifətindəki mənbənin RİA Novosti-yə verdiyi məlumata görə, Kiyev yaraqlılardan ibarət dəstə müqabilində Suriyadakı terror qruplaşmasına pilotsuz təyyarələrin bir partiyasını verib.
Agentliyin həmsöhbətinin sözlərinə görə , “Həyat Təhrir əş-Şam” qruplaşması “qrupun içindən təcrübəli silahlıların və liderlərin köçürülməsi müqabilində” Ukrayna tərəfdən pilotsuz təyyarələr alıb.
Daha əvvəl Suriyanın “Əl-Vətən” qəzeti mənbələrə istinadən yazıb ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov “Cəbhət ən-Nusra”nın rəhbəri Əbu Məhəmməd əl-Culani ilə əlaqə saxlayır. Ukrayna ordusunun sıralarına terrorçuları cəlb etmək məqsədi ilə.
Mənbə RT rusca