AZ

Orban AP-dakı çıxışını təxirə saldı

Macarıstanın baş naziri Viktor Orban, ölkəsindəki daşqın təhlükəsi səbəbindən Avropa Parlamentindəki çıxışını təxirə salıb.

Bizimxeber.az bildirir ki, Avropa Parlamentinin prezidenti Roberta Metsola, bu vəziyyəti başa düşdüyünü bildirərək, baş nazirlə müzakirələr üçün siyasi qruplarla əlaqə saxlayacağını açıqlayıb.

Məlumata görə, Macarıstanda Dunay çayı üzərindəki daşqın təhlükəsi ciddi səviyyəyə çatıb və digər Mərkəzi Avropa ölkələrindən böyük su axını gözlənilir. Müdafiə naziri ölkə ordusunun daşqınla mübarizəyə qoşulacağını və təxminən 12 000 nəfərin iştirak edəcəyini bildirib.

Əlavə olaraq, Budapeşt meri “onilliyin daşqını” barədə xəbərdarlıq edib. Polşanın cənub-qərbi, Çexiyanın şərqi və Aşağı Avstriya da irimiqyaslı daşqınlardan əziyyət çəkir və bu fəlakətlər nəticəsində ən azı üç nəfərin həyatını itirdiyi bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
bizimxeber.az

1Mənbələr