AZ

“Barselona” onu 4-5 həftəlik itirdi

“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo yaxın 4-5 həftədə komandasına kömək edə bilməyəcək.Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun zədəsi ciddi olub.Olmo dünən İspaniya çempionatında “Jirona” ilə matçda zədələnmişdi. O, bu qarşılaşmada bir qol vurub və “Barselona”nın 4:1 hesablı qələbə qazanmasına kömək edib.Olmo artıq İspaniya çempionatının 3 oyununda 3 qol vurub. O, yayda “Leyptsiq”dən “Barselona”ya keçib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
komanda.az

1Mənbələr