AZ

Tərtərin ümumtəhsil müəssisələrində ilk dərs günü qeyd edilib

Bolgə.TV xəbər verir ki, Tərtərin ümumtəhsil müəssisələrində ilk dərs günü qeyd edilibBu gün 2024-2025-ci tədris ilinin ilk dərs günüdür. Məktəblərdə dərslər “Bilik Günü” hesab edilən 15 sentyabrda başlasa da, bu il həmin tarix həftənin bazar gününə təsadüf etməsi səbəbindən dərslər sentyabrın 16-da başlanıb.Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Təhsil sektorunun müdiri Oktay Sarıkişiyev rayonda fəaliyyət göstərən  umumtəhsil məktəblərində olub, müəllim və şagirdləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edərək, onlara təhsildə uğurlar arzulayıblar.Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov bildirib ki, ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər, həyata keçirilən layihələr çoxdur. Hakimiyyətinin bütün mərhələlərində təhsilə və onun inkişafına böyük diqqət göstərən Ulu Öndər Heydər Əliyev siyasətinin ən layiqli davamçısı ölkə başçısı cənab İlham Əliyev də təhsilin inkişafını həmişə diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir. Dövlət və  Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər, uşaq evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir.Biz bu diqqət və qayğını öz rayonumuzun timsalında daha aydın hiss edirik.Respublika Prezidentinin Tərtər rayonuna 3 iyun 2020-ci il tarixli səfərindən sonra “Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamış, 432 şagird yerlik Xoruzlu kənd tam orta məktəbi,  2023-cü ildə isə Heydər Əliyev Fondu tərəfindən 320 şagird yerlik Azad Qaraqoyunlu kənd və Təhsil Nazirliyi tərəfindən 360 şagird yerlik şəhər 5 nömrəli tam orta məktəbləri üçün yeni binaların tikilmiş, Təhsil Nazirliyi tərəfindən onlarla məktəbdə təmir işləri  aparılmışdır. Qeyd edək ki, təhsilə göstərilən diqqət və qayğının nəticəsində bu il rayonumuzun umumtəhsil məktəblərini bitirən 756 nəfər məzundan 421  nəfəri ali məktəblərə sənəd vermişdir. Ali məktəblərə sənəd verən məzunlardan 285 nəfər müxtəlif ali təhsil müəssisələrinə, o cümlədən 5 nəfər Polis Akademiyasına, 7 nəfər Qarabağ Universitetinə, 5 nəfər isə  Cəmşid Naxçıvanski adına liseyə  qəbul olmuşdur.  Onlardan  9  nəfər 600-dən, 33  nəfər isə 500-600 arası bal toplamışlar. 600-dən yuxarı bal toplayanların sayı ötən illə müqayisədə 3, 500-600 arası bal toplayan məzunların sayı isə 12 nəfər artmışdır.Bu il  İX sinfi bitirən 954 nəfər şagirddən 120 nəfəri orta ixtisas məktəblərinə sənəd vermiş və 113 məzun orta ixtisas məktəbinə qəbul olub. Bu da ötən illə müqayisədə 67 nəfər çoxdur.Qeyd edək ki, “Ümumi təhsil müəssisələrində 2024–2025-ci tədris ilinin təşkili barədə” müvafiq əmrə əsasən, yeni tədris ilində II-XI siniflərində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
2
bolgexeber.az

3Mənbələr