AZ

Sabah yağış yağacaq, külək əsəcək

Bakı. Trend:

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidormeteorologiya Xidmətindən Trend-ə verilən məlumatagörə, sabah Bakıda və Abşeron yarımadasında havanın arabirtutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağıgözlənilir.

Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi,şimşək çaxacağı ehtimalı var. Gündüz dəyişkən buludlu olacaq,əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20°, gündüz 24-27° olacaq. Atmosfertəzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə70-75%, gündüz 40-45% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı,şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlardaleysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıqərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdəduman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-17°, gündüz 23-28°, dağlarda gecə5-10°, gündüz 10-15° olacaq.

Məqalədə:
Seçilən
88
49
az.trend.az

10Mənbələr