AZ

 İrəvanla razılaşmanın sirri açıldı - Bakı sərhədi necə müəyyən edəcək?

Ermənistan Azərbaycanla sərhədin demarkasiyası komissiyalarının qəbul etdiyi əsasnaməni Konstitusiya Məhkəməsinə göndərib. Məhkəmənin müsbət qərarı olarsa, hökumət sənədi ratifikasiya etmək üçün parlamentə göndərəcək.Dia-az.İnfo Publika.az-a istinadən xəbər verir ki, Azərbaycan və Ermənistan sərhədin Qazax-Tavuş istiqamətində delimitasiyası üzrə razılaşıb və komissiyalar reqlamenti təsdiqləyiblər.19 aprel razılaşmasının əsas götürüldüyü bu razılaşmada qeyd olunur: “Tərəflər delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlarına dair razılaşıb və bunu baza prinsipi olaraq götürürlər. Əgər gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq”.Bu o deməkdir ki, Azərbaycan Ermənistanla sülh sazişində delimitasiya prinsiplərini dəyişdirə və 19 aprel razılaşmasının müvafiq bəndini sıradan çıxara bilər.Bu məqam Ermənistanda yenidən müzakirələrə səbəb olub.“Hayastan” mərkəzinin rəhbəri Karen Bekaryan bildirib ki, 7 maddədən ibarət reqlament Ermənistan üçün təhlükəlidir.“Xüsusilə 5-ci maddə diqqət çəkir. Azərbaycan bu maddəyə əsasən istədiyi ərazilərdə delimitasiya-demarkasiya həyata keçirə bilər. Bununla yanaşı, proses başa çatmasa, həmin ərazilər demarkasiya-delimitasiya edilmiş hesab olunacaq. Bu o deməkdir ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesi 100 il də davam edə bilər, Azərbaycan da yalnız demarkasiya etmək istədiyi ərazilərə diqqət ayıracaq. Rəsmi Bakı həm də istədiyi vaxt Alma-Ata bəyannaməsindən imtina etmək hüququnu da özündə saxlayır. Əgər Azərbaycan bu bəyannamədən imtina edərsə, Paşinyanın elan etdiyi 29743 kvadratkilometr ərazini tanımayacaq”, - o iddia edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
50
dunyapress.info

10Mənbələr