AZ

"Babam sağ olsaydı heç vaxt müğənni olmağımı istəməzdi..."

“Babam sağ olsaydı heç vaxt müğənni olmağımı istəməzdi. Amma anam istəyirdi ki, babamın sənətini davam etdirim. Uşaq vaxtı kimsə muğam oxuyanda iməkləyə-iməkləyə gedib televizorun qabağında dayanıb baxırmışam. Babam anama deyib ki, bunun çox gözəl musiqi duyumu olacaq. 1993-cü ildə 1 yaş yarımlıq idim. Babamın xəstə illərinə düşmüşəm. Mən də çox ağlağan uşaq idim. Babam deyirmiş ki, məni öldürsə bu uşağın səsi öldürəcək. Hətta babam dünyasını dəyişəndən sonra mənə sual verirdilər ki, babanı kim öldürüb? O vaxt artıq ağlım kəsirdi. Deyirdim ki, babanı mən öldürmüşəm”Bunu Moderator.az-a açıqlamasında xalq artisti Hacıbaba Hüseynovun nəvəsi Fatimə Hüseyn deyib. O daha sonra əlavə edib.“Çox təəssüf ki, babamın yolunu sonadək davam etdirmədim. Məni çox həvəsdən saldılar. İncəsənəti başqa cür təsəvvür edirdim. Adı kimi incə sənət olduğunu düşünürdüm. Amma sənətin içinə girdikdə gördüm yox, heç də düşündüyüm qədər incə deyil. Hətta üzümə dedilər ki, bilsələr ki, Hacıbabanın nəvəsisən, səni qabağa getməyə qoymayacaqlar. Amma mən elə bilirdim ki, Hacıbaba Hüseynovun nəvəsi olmaq yaşıl işıqdır. Onu özünə rəqib bilənlər, sənətini gözü götürməyənlər çox idi. Gələcəkdə mənə də mane olacaqdılar” deyə nəvəsi bildirib.Nəvəsi Hacıbaba Hüseynovun vəsiyyətindən, arzularından da danışıb.“Babamın evdə 300-dən artıq oxunmamış qəzəli var. Onların kitab halına salınması söhbəti var idi. Babam rəhmətə gedəndə anama iki şeyi vəsiyyət edib. Bir qavalı. Bugünki gündə bizdə qalır. Vəsiyyət edib ki, birdən muzeydən istəyərlər, verməyin. Bir də deyib ki, qəzəllərimi Rafael Hüseynov istəsə verin kitabımı çıxartsın. Biz istəyərdik ki, həmin kitab işıq üzü görsün. Oxunmayan həmin qəzəllər o kitabda çap edilsin. Qəzəllər artıq babam rəhmətə gedəndən Rafael müəllimdədir. Bizim cavanlarımız da bundan bəhrələnər. Gənc xanəndələr var ki, bu gün məndən o qəzəlləri istəyirlər. Kitab çıxmadığı üçün verə bilmirik” deyə sənətkarın nəvəsi deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
6
dunyapress.info

7Mənbələr