AZ

Azərbaycanda nə qədər işsiz var? - Rəqəmlər

Bu ilin sentyabr ayının 1-nə olan məlumata görə, Azərbaycanda 283,5 min nəfər işsiz şəxs olub.Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, bu ilin əvvəlindən ötən 8 ay ərzində ölkədə işsizlərin sayı 3,3 min nəfər azalıb.Məlumat üçün bildirək ki, bu ayın əvvəlinə olan məlumata görə, iqtisadi fəal əhalinin sayı 5 milyon 294,9 min nəfər olub, onlardan 5 milyon 11,4 min nəfərini məşğul (işləyən) əhali təşkil edib.Qeyd edək ki, Azərbaycanda işsizlərin sayı son 20 ildə ən yüksək səviyyəyə 2021-ci ilin əvvəlində çatıb. Qeyd olunan tarixdə ölkədə 375,9 min işsiz olub. Ən aşağı işsizlik səviyyəsi 2014-cü ilin əvvəlində qeydə alınıb. 1 yanvar 2014-cü il tarixində ölkədə 236,6 min işsiz olub.Onu da bildirək ki, məşğul əhalinin 1 milyon 759 min nəfərini əmək müqaviləsiylə işləyən şəxslər təşkil edib. Onların 881,7 min nəfəri dövlət sektorunda, 877,3 min nəfəri isə qeyri-dövlət sektorunda işləyib.Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınab işsiz şəxslərin sayı isə 222,8 min nəfər olub, onların 46%-ini qadınlar təşkil edib.İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 404 manat olub.
 

Facebook-da paylaş

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
20
dunyapress.info

10Mənbələr