Bu gün Misli Premyer Liqasında 6-cı tura yekun vurulacaq.
QOL.az xəbər verir ki, son oyun günündə əvvəllcə "Zirə" "Neftçi"ni qəbul edib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da mövsümə uğursuz start verən "Neftçi"nin qələbəsiz oyunlar seriyası 6-ya çatıb.
Turun mərkəzi qarşılaşmasında lider "Turan Tovuz" evdə 3-cü pillədəki "Sabah"la üz-üzə gəlir.
15 sentyabr (bazar)
20:30.“Sabah” – “Turan Tovuz” - 2:2
Qol: Cessi Sekidika, 6 (1:0), Roderik Miller, 36 (1:1), Cessi Sekidika, 47 (2:1), Ayxan Hüseynov, 77 (2:2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev
“Bank Respublika Arena”
18:00.“Zirə” – “Neftçi” - 2:0
Qollar: Salifu Suma, 1, Rafael Utziq, 60
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov
Zirə İK stadionu
14 sentyabr (şənbə)
“Qarabağ” – “Səbail” - 2:1
“Şamaxı” – “Sumqayıt” - 1:0
13 sentyabr (cümə)
“Araz-Naxçıvan” – “Kəpəz” - 1:0
Bombardirlər:
Davit Volkov ("Zirə") - 3 qol
Coy Lens Mikels ("Sabah") - 3 qol
Riçard Almeyda ("Qarabağ") - 2 qol
Xəyal Nəcəfov ("Turan Tovuz") - 2 qol
Ayman Bouali ("Səbail") - 2 qol
Suleyman Alluş ("Səbail") - 2 qol
Namik Ələskərov ("Sabah") - 2 qol
Cesse Sekidika ("Sabah") - 2 qol