AZ

İvanişvilinin açıqlaması Gürcüstanda etirazlara səbəb olub


Gürcüstanda hakimiyyətdə olan “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qurucusu Bidzina İvanişvili ölkənin eks-prezidenti Mixail Saakaşvilini Osetiyada kənardan sifarişlə müharibəyə başlamaqda ittiham edib.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, 100-dən çox insan hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qurucusu Bidzina İvanişvilinin 2008-ci il münaqişəsi ilə bağlı bəyanatına qarşı Gürcüstan parlamenti qarşısında etiraz aksiyası keçirir.
Etiraz aksiyasının iştirakçıları İvanişvilinin verdiyi açıqlamaları tənqid ediblər. Etirazçılar İvanişvilinin sözlərini həm ölkəyə, həm də 2008-ci ilin avqustunda həlak olan gürcü əsgərlərinə qarşı xəyanət hesab edirlər. Vətəndaşların sözlərinə görə, İvanişvili bu bəyanatı ilə Gürcüstanı müharibədə günahkar kimi tanıyıb və əsgərlərin qəhrəmanlığını dəyərsizləşdirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
1
yeniavaz.com

5Mənbələr