AZ

Yüksək pensiya alanların yeni “taktika”sı - Toplanan vəsait nəvəyə ötürülə bilər?

Qanunvericiliyə əsasən, dünyasını dəyişən şəxslərin pensiyasından onların övladları yararlana bilirlər. Bir sıra hallarda isə yüksək pensiya alan şəxslər nəvələrinin həmin vəsaitə sahib çıxması üçün maraqlı üsula əl atırlar. Onlar nəvələrini övladlığa götürməklə “pensiya mirası”nı ötürməyə çalışırlar. 

Bir qədər çətin proses olsa da, bu taktikadan istifadə edənlər az deyil.

Bəs, nəvə hansı halda nənə-babanın pensiyasını ala bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən hüquqşünas Vamiq Şükürovun sözlərinə görə, bəzən insanlar elə düşünür ki, baba və ya nənə vəfat etdikdə nəvələri onların pensiyasını ala bilərlər:

“"Əmək pensiyaları haqqında" qanuna görə, ailə başçısını itirməyə görə yalnız onun övladları və digər kateqoriyalı şəxslər pensiya ala bilərlər. Bunlar vəfat edən şəxsin 18 yaşına çatmayan övladları, 23 yaşına kimi əyani təhsil alan övladları və yaxud da uşaqlıq dövründə əlillik alıb 18 yaşından sonra əlilliyi olan şəxslər və digər şəxslərdir. Nəvələr bu siyahıda yer almayıb".

Müsahibimizin onu da qeyd edib ki, bəzən valideynlər öz uşaqlarını nənə-babaya övladlığa verməklə bu pensiya növündən faydalanmaq istəyirlər: 

"Təbii ki, pensiya verən qurumlar da bu faktın geniş yayıldığını bildikləri üçün belə bir övladlığa götürmə zamanı çox zaman pensiyanı ödəməkdən imtina edirlər. Ümumiyyətlə, bu cür övladlığa götürmə çox çətin bir prosedurdur. Adətən, uşaq valideyn himayəsindən məhrum olursa, yaxud valideynləri onu saxlamaqdan imtina edirlərsə, bu zaman baba və ya nənə, digər qohumlar, o cümlədən, digər şəxslər onu övladlığa götürə bilərlər. Yalnız o zaman nəvə müəyyən yaşa qədər babanın və yaxud nənənin pensiyasından faydalana bilər".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
1
valyuta.az

10Mənbələr