Vyana çayının daşması səbəbindən Avstriya paytaxtında əhalinin təxliyəsinə başlanılıb.
TASS-a istinadən xəbər verilir ki, çayın daşdığı ərazidə bəzi evlərə yalnız qayıqla getmək mümkündür. Hava şəraiti şəhərin bəzi ərazilərində elektrik enerjisinin kəsilməsinə səbəb olub. Vyana metrosunun dörd xətti suyun səviyyəsinin qalxmasından sonra fasilələrlə işləyir.
Bundan əlavə, təbii fəlakət səbəbindən futbol üzrə Avstriya çempionatının altıncı turunun "Hartberq" - "Tirol" və "Austria" - "Şturm" matçları ləğv edilib.
Mənbə: oxu.az
Digər HADİSƏ xəbərləri
Copyright © 2024 All Rights Reserved. Developed by scorpion.az