AZ

Krımın Ukraynaya qaytarılması və: Ankara işğala qarşı - NƏ BAŞ VERİR?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Krım Platforması Sammiti zamanı xatırladıb ki, beynəlxalq hüquq Krımın Ukraynaya qaytarılmasını nəzərdə tutur. Onun sözləri Ukrayna informasiya məkanında rezonans doğursa da, Türkiyənin yarımadanın ilhaqını tanımaması ilə bağlı bəyanatında gözlənilməz heç nə yoxdur. Bu, 2014-cü ildən Ankaranın prinsipial mövqeyidir. İndi bu bəyanatlarla bağlı Türkiyənin siyasətində heç bir dəyişiklik gözləmək lazım deyil.Xatırladaq ki, Türkiyə Krımın Rusiya tərəfindən ilhaqını tanımırdı, lakin Rusiyaya qarşı sanksiyalar tətbiq etmədi. Amma Rusiya Federasiyası ilə ticarət-iqtisadi əlaqələri inkişaf etdirdi - atom elektrik stansiyaları, qaz kəmərləri tikildi, S-400-lər alındı... Qlobal miqyasda bunun qarşısı 2015-ci ildə Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən Rusiya təyyarəsinin vurulması ilə belə alınmadı. Fakt budur ki, Türkiyə ilə Rusiya arasında müəyyən sahələrdə münasibətlər strateji xarakter alıb.Yəni Ərdoğanın indi dedikləri növbəti diplomatik addımıdır. Axı Ərdoğanın indiki sözləri Türkiyə oktyabrda Putinin sədrlik edəcəyi sammitdə BRİKS-ə qoşulmaq niyyətini gizlətməyi dayandırdıqdan sonra gəldi. Maraqlı bir nüans: Türkiyə gələn il başqa ölkənin sədrlik edəcəyi zaman ərizə verə bilərdi, amma bunu məhz Rusiya Federasiyası BRİKS-ə sədrlik edəndə etdi.Təbii ki, Ankara Ukraynaya münasibətdə bunun düzgün olmayacağını çox gözəl anlayır. Ona görə də Ərdoğanın Türkiyənin Krımın ilhaqını tanımadığını xatırlatması təəccüblü deyil. Belə ki, o, Ankara ilə Moskva arasında nəzərəçarpacaq yaxınlaşma olduğuna dair qınaqlara cavab verir.Ümumiyyətlə, Türkiyə iki səbəbdən Krımın ilhaqını tanıya bilmədi. Birincisi, bu, Krım tatar xalqına açıq-aydın xəyanət olardı və bu, Ərdoğanın canlandırdığı Türkiyənin türk dünyasının ən qüdrətli gücü mifinin məhvi olardı. Ona görə də Türkiyənin Krımın ilhaqının tanınmaması ilə bağlı bəyanatları uzun müddətdir ki, bu ölkənin türk xalqlarının, o cümlədən Krım tatarlarının himayədarı kimi dünyada imicini qoruyub saxlamağa yönəlmiş ritual formuluna çevrilib.İkincisi, Türkiyə NATO üzvüdür və Krımın Rusiya kimi tanınması Alyansa üzvlük üçün qırmızı xəttdir. Həm də Qərblə münasibətlərdə əhəmiyyətli dərəcədə soyumağa başlayan xətt.Və nəhayət, onu da qeyd edək ki, Ərdoğan Türkiyənin Krımın Ukraynaya qaytarılmasını tələb etdiyini deməyib. O, ancaq beynəlxalq hüquqa istinad edib.Müəllif: Volodimir Volya – Ukraynalı siyasi ekspertMənbə: UNİANTərcümə AYNA-ya məxsusdur

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
dia-az.info

1Mənbələr