AZ

Hava ilə bağlı XƏBƏRDARLIQ

Sentyabrın 16-sı axşam qərb rayonlarından başlayaraq 17-si gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.Qeyd olunub ki, havanın temperaturu ötən günlərlə müqayisədə 3-6° aşağı enəcək.Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
49
bolgexeber.az

10Mənbələr