AZ

Nazilə Türkiyə gözəlini azərbaycanlı müğənniyə bənzətdi – QARŞIDURMA YARANDI – FOTO

Şairə və aparıcı Nazilə Səfərli “Türkiyə gözəli” seçilən xanımı Azərbaycanın Əməkdar artisti, müğənni Sevinc Sarıyevaya bənzədib.

Yenicag.az xəbər verir ki, o, hər iki məşhurun fotolarını sosial şəbəkə hesabında paylaşaraq, bu bənzərlikdən heyrətə gəldiyini ifadə edib.

O, fotonu “Bu Türkiyənin gözəli seçilən qız, bu da Əməkdar artistimiz, mənim dünya gözəlim Sevinc Sarıyeva, bənzərlik çoxdur”, şərhi ilə təqdim edib.

Müqayisə sosial şəbəkə izləyiciləri arasında qarşıdurma yaradıb. Bəziləri bunu  uğursuz müqayisə kimi qəbul edib. Bəziləri də Sevinc Sarıyevanın ondan gözəl olduğunu yazıb:

“Sevinc Sarıyeva o qızın anası yaşdadır, amma ondan gözəldir”.

Fotonu təqdim edirik:

Nehru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
1
yenicag.az

2Mənbələr