AZ

Azərbaycanın şərab şirkəti bəzi əmlaklarını hədiyyə edəcək - TOPLANTI

29 oktyabr 2024-cü il, saat 11.00-da “Samux Şərab-3” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

FED.az xəbər verir ki, yığıncaq Samux rayonu, Alıuşağı kəndində cəmiyyətin inzibati binasında baş tutacaq.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1.Cəmiyyətin 2023-cü ilin yekunlarına aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı;

2.Cəmiyyətin balansında olan istismara yararsız əsas vəsaitlərin özgəninkiləşdirilməsi məsələsinin müzakirəsi;

3.Digər məsələlər.

Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.

Əlaqə telefonu: (050) 485 45 45 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
1
fed.az

2Mənbələr