AZ

Tokio erməni hərbi nümayəndə heyətinin səfərini təsdiqlədi

Ermənistan hərbi nümayəndə heyətinin ölkəyə səfəri ilə bağlı ötən gün "Caliber"in yaydığı məlumatı Yaponiya öz mənbələrinə istinadən təsdiqləyib.

Axar.az xəbər verir ki, bu barədə "Caliber" məlumat yayıb.

Lakin Yaponiyanın Bakıdakı səfirliyindən verilən cavabda bildirilir ki, Ermənistana silah tədarükü ilə bağlı heç bir müzakirə aparılmayıb.

Heç bir dəyişiklik edilmədən, Yaponiya səfirliyindən cavabı təqdim edirik:

"İlk növbədə, sizin nəşriniz tərəfindən sentyabrın 12-də dərc edilmiş məqalə ilə bağlı məktub aldığımızı təsdiq edirik. Yaponiya səfirliyinin Ermənistanın müdafiə naziri Suren Papikyanın Yaponiyaya səfəri barədə məlumatı yoxdur, lakin biz Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Tokioya səfəri barədə xəbərdarıq. Məsələ burasındadır ki, Yaponiyadan Ermənistana silah tədarükü ilə bağlı heç bir müzakirə aparılmayıb".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
3
axar.az

4Mənbələr