AZ

Estoniya Rusiya ilə sərhədin möhkəmləndirilməsinə 40 milyon avro ayıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

Estoniya hökuməti gələn il Estoniya-Rusiya sərhədinin möhkəmləndirilməsi üçün 40 milyon avro ayırmağı planlaşdırır.

Banco.az xəbər verir ki, bu təkliflə xarici işlər naziri Lauri Lanemets çıxış edib.

Nazirin sözlərinə görə, bu vəsaitlər sərhəd infrastrukturunun tikintisinin başlanğıcında quraşdırılmış strukturların yenilənməsinə, giriş yollarının və əlavə telekommunikasiya sistemlərinin başa çatdırılmasına yönəldilə bilər.

Sərhəd infrastrukturunun inkişafının 2025-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
banco.az

1Mənbələr