AZ

Heydər Əliyev Beynəlxalq Aeroportunda yenilənmiş uçuş-enmə zolağı istifadəyə verilib

Bakı. Trend:

13 avqust 2024-cü il, Bakı – Heydər Əliyev BeynəlxalqAeroportunda əsaslı təmirdən sonra 17/35 uçuş-enmə zolağı yenidənistifadəyə verilib.

Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuatxidmətindən məlumat verilib.

Cari ilin yanvar ayında başlayan yenidənqurma işlərinə uçuş-enməzolağının asfalt-beton örtüyünün tamamilə dəyişdirilməsi, cihazlaraenmə sisteminin (İLS) yenilənməsi, drenaj sistemlərinintəkmilləşdirilməsi, mövcud sürmə yollarının əsaslı təmiri və əlavə3 yeni sürmə yolunun inşası daxildir.

Zolağın uzunluğu 3200 metr, eni 60 metr olaraq saxlanılıb.Yenilənmiş və yeni salınmış sürmə yollarının ümumi uzunluğu 4332metr, eni isə 44 metr təşkil edir.

“Uçuş-enmə zolağının yenidən qurulması hava limanınıninfrastrukturunun modernləşdirilməsi üzrə strateji planın mühümtərkib hissəsidir və bu, əməliyyat etibarlılığının artırılmasına,uçuşların təhlükəsizliyinin maksimum səviyyədə təmin edilməsinəyönəlib,” - deyə Bakı aeroportunun direktoru Teymur Həsənovbildirib.

“Qabaqcıl texnologiyalar və yüksək keyfiyyətli materiallardanistifadə bizə zolağın xidmət müddətini əhəmiyyətli dərəcədəuzatmağa və istismar göstəricilərini yaxşılaşdırmağa imkanverir.”

Hava limanının müvafiq xidmətlərinin koordinasiyalı fəaliyyətinəticəsində yenidənqurma prosesi qısa müddətdə, normativ tələblərəvə aviasiya qaydalarına uyğun şəkildə həyata keçirilib. Yenilənmişuçuş-enmə zolağı beynəlxalq təhlükəsizlik standartlarına tam cavabverir və əvvəlki kimi, bütün növ təyyarələri qəbul etmək imkanınamalikdir.

Qeyd edək ki, layihənin miqyasına baxmayaraq, bu müddət ərzindəBakı hava limanında uçuşların fasiləsiz təmin edilməsi davametdirilib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
25
az.trend.az

10Mənbələr