AZ

"Rusiyanın Gürcüstanda seçki proseslərinə ciddi təsir göstərə biləcək resursları yoxdur" - Kobaxidze

"Rusiyanın Gürcüstanda seçki proseslərinə ciddi təsir göstərə biləcək resursları yoxdur".

Missiya.Az “Aktual.ge”yə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

O, qeyd edib ki, seçkilər digər qüvvələrin görünməmiş xarici müdaxiləsi fonunda keçiriləcək ki, bu da seçki prinsiplərinin kobud şəkildə pozulması deməkdir.

"Təəssüf ki, biz müxtəlif təhdidlər və şantajlar eşidirik. Bütün bunların tək bir səbəbi var - biz Gürcüstanda ikinci cəbhə açmadıq. Buna görə də bəzi insanlar məyus olublar. Onlar ümid edirlər ki, bu seçkilərdən sonra öz agentlərini hakimiyyətə qaytara biləcəklər ki, ikinci cəbhəni açsınlar, lakin bu, baş verməyəcək. Gürcüstan cəmiyyəti qanlı rejimin müəlliflərini heç vaxt hakimiyyətə qaytarmayacaq", - deyə Kobaxidze bildirib.

 

Daşqın HəsənovMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
missiya.az

1Mənbələr