AZ

Dövlət Xidməti Naxçıvanda qəbul keçirdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov sentyabrın12-dəXidmətinNaxçıvan MR üzrə baş idarəsinin inzibati binasında vətəndaşları qəbul edib. Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.Qəbulda 44 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, həmçinin bir sıra digər məsələlərlə bağlı müraciət ediblər.Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.  Short URL: https://www.cumhuriyyet.net/?p=203395

Seçilən
39
28
cumhuriyyet.net

10Mənbələr