AZ

Orban Ukraynadakı sülh missiyasının nəticələrindəndanışdı

Macarıstan sülh missiyası Ukrayna münaqişəsinin döyüş meydanından kənarda həlli ilə bağlı Avropada geniş müzakirələrə başlayıb.

Redaktor.az xəbər verir ki, Baş nazir Viktor Orban təşəbbüsün bu nəticələrini açıqlayıb.

“Döyüş meydanında münaqişənin həlli yoxdur, bu ideya bizim sülh missiyamız tərəfindən irəli sürülüb, ona görə də biz Avropada böyük müzakirələrə başladıq”, - deyə siyasətçi bildirib.

Orban qeyd edib ki, Avropa İttifaqı liderlərinin fikirlərinə görə Avropa əvvəlcə müharibə tərəfdarı mövqe tutub. Macarıstanın baş naziri belə hisslərdən “uzaqlaşmağın” zəruriliyini bəyan edib.

Onun fikrincə, səngərdən çıxmağın vaxtının çatması haqqında ciddi danışmağa başlanılsa və Ukrayna münaqişəsinin ümumavropa müharibəsi olmadığı başa düşülsə, müharibəyönlü siyasətdən əl çəkmək  mümkün olar.

Sevinc İBRAHİMZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
redaktor.az

1Mənbələr