AZ

Ayşenur Eyginin cənazəsi Bakıdan İstanbula göndərildi

İordan çayının qərb sahilində İsrailin açdığı atəş nəticəsində şəhid olan türkiyəli fəal Ayşenur Ezgi Eyginin cənazəsini daşıyan təyyarə Bakıdan İstanbula enib.   Manset.az Ntv.com-a istinadən xəbər verir ki, Eyginin cənazəsi Təl-Əvivdən Bakıya gətirilib və Heydər Əliyev Beynəlxalq Hava Limanında Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı və səfirliyin əməkdaşları tərəfindən qarşılanıb. Bakıda Türkiyə bayrağına bükülmüş cənazə THY-nin İstanbul təyyarəsinə çatdırılaraq İstanbul Hava Limanına göndərilib.

Hava limanında təşkil edilən mərasimdən sonra Ayşenur Ezgi Eyginin cənazəsi dəfn olunmaq üçün təyyarə ilə İzmirə, oradan da məmləkəti Aydının Didim mahalına göndəriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
manset.az

1Mənbələr