AZ

Azərbaycanı Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək konversiyada təmsil edəcək məşqçilər bilindi

Avropa Voleybol Konfederasiyasının (CEV) Bolqarıstanın paytaxtı Sofiyada Regional Voleybol İnkişaf Mərkəzlərinin xətti ilə keçirəcəyi məşqçi-müəllimlərin beynəlxalq koversiyasında iştirak edəcək Azərbaycanlı məşqçilər müəyyənləşib.

Voleybol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə 53 ölkənin məşqçi-müəllimlərinin iştirak edəcəyi təlimlərə ölkəmizdən 4 məşqçi - Rəvan Mehdiyev, Vüqar Əliyev, Tural Teymurov və Qəmzə Cəfərzadə öz biliklərini daha da genişləndirmək üçün qatılacaqlar.

Qeyd edək ki, konversiya sentyabrın 14 və 15-də keçiriləcək. 2 gün davam edəcək konversiyada orta məktəb müəllimləri, aşağı yaş qruplarında çalışan məşqçilər həm nəzəri, həm də praktiki biliklərini daha da artıracaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
3
90deqiqe.az

5Mənbələr